«Həyat yoldaşım 10 illik təhsilini başa vurdu. Ukraynada elmi dərəcə aldı. İstəyirəm onun üçün yaxşı iş təşkil edim. İstəmirəm yadırqasın, dillər bilir. Passivləşməsini, evdə oturmasını istəmirəm».
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev «Səhər mərkəzi» proqramında deyib. O bildirib ki, həyat yoldaşı Aynurə üçün iş axtarır:
«Evlənməzdən əvvəl qayınatam mənə dedi ki,, qızım əziyyət çəkir, güc sərf edir oxuyur: bakalavr, magistratura, aspirantura. İnşallah, sonra deməzsən ki, işləmə. İstəmişəm bir ata kimi qızım öz istədiyi yerdə olsun. Cavab verdim ki, yox, istəyirəm çalışsın. Özündən soruşmuşam. Hətta işləmək istədiyi yeri də öyrənmişən. Aynurə Ukrayna səfirliyini istəyir. Mən də bütün dost, tanışı işə salmışam».