“Müsibəti-Gömrük”: “Rastamoşka” haqq-hesabında cinayət

“Müsibəti-Gömrük”: “Rastamoşka” haqq-hesabında cinayət
Tarix : Oxunma : Yorum Yaz

Bakının Qaradağ rayonunda Şərur rayon sakini, 1970-ci il təvəllüdlü Rəfail iki nəfərə qarşı dələduzluq edib.

“Yeni Sabah” xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəfail 24 yanvar 2020-ci ildə Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının həyətində Elçinin etibarından sui-istifadə edib, 2013-ci il olan Ford Fusion markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib, 4.650 manatını ələ keçirib. 

Bundan başqa, Rəfail 10 fevral 2020-ci ildə Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasında Fəridin etibarından sui-istifadə edib, 2011-ci il olan Chevrolet Cruze markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib, 3.800 manat pulunu alıb. İstintaq orqanı tərəfindən Rəfailin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəfail ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avtomobillərin Gömrük İdarəsində rəsmiləşdirilməsi ilə qeyri-rəsmi məşğul olur:

“Elçin ABŞ-dan özü üçün Ford Fusion markalı avtomobilini almışdı. Həmin avtomobil 24 yanvar 2020-ci ildə Azərbaycan Respublikasına çatıb. Elçin gətirdiyi 2013-ci il istehsalı olan Ford Fusion markalı nəqliyyat vasitəsini onun adına rəsmiləşdirməyinə köməklik göstərməyimi xahiş etdi. Mən də bu işdə köməklik göstərəcəyimi dedim. 

Avtomobil gəldikdən sonra Elçinlə zəngləşdik. Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin qarşısında görüşdük. Elçin avtomobilin sənədlərini mənə verdi. Elçinə gömrük rəsmiləşdirilməsini 4650 manata həll edə biləcəyimi dedim. Gömrük İdarəsinin həyətində Elçin mənə 4650 manat verdi. 

Daha sonra inzibati binaya daxil oldum. Elçin pulu mənə 24 yanvar 2020-ci ildə təxminən saat 11 radələrində Gömrük İdarəsinin həyətində verib. İnzibati binaya daxil olduqdan 1-2 saat sonra bayıra çıxdım və nahar vaxtı olduğu üçün rəsmiləşdirmənin nahardan sonra olacağını Elçinə bildirdim. Elçinə bir yerdə nahar etməyi dedim. Nahardan sonra yenə Gömrük Komitəsinin inzibati binasma daxil oldum. Elçin məni çöldə gözlədi”. 

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Elçinin yanına gəlib: “Bildirdim ki, rəsmiləşdirmə sabaha qaldı. Həmin vaxtı pul üstümdə olub. Biz oradan getdik. Səhəri gün yenə də Lökbatan qəsəbəsində Elçinlə Gömrük Komitəsinin inzibati binasına daxil olduq. Elçin isə bir neçə saat gözlədi. Lakin avtomobili qeydiyyatdan keçirə bilmədiyimi Elçinə dedim. Elçinə bildirdim ki, narahat olmasın, avtomobili rəsmiləşdirəcəyinə dair söz vermişəm. 2-3 gün sonra Elçinə bildirdim ki, pulu bir nəfər şəxs vermişəm, avtomobili rəsmiləşdirən kimi xəbər verəcək. Lakin avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirə bilmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 10 fevral 2020-ci ildə Fərid sifariş verdiyi buraxılış ili 2011-ci il olan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini onun adına rəsmiləşdirməyinə köməklik göstərməyini xahiş edib:

“Mən də bu işdə köməklik göstərəcəyimi dedim. Avtomobil gəldikdən sonra Fəridlə zəngləşdik, Lökbatan qəsəbəsində yerləşən Gömrük İdarəsinin qarşısında görüşdük. Fərid avtomobilin sənədlərini mənə verdi. Fəridə bildirdim ki, gömrük rəsmiləşdirilməsini 3800 manata həll edə bilərəm. 
Gömrük İdarəsinin inzibati binasında Fərid mənə 3800 manat verdi. İki saata gələcəyimi Fəridə bildirdim. Avtomobilin gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri topladım. Pulu isə adını çəkmək istmədəyim şəxsə verdiyimi qeyd etdim. 

Əvəllər avtomobillərin gömrük rəsmiləşdirilməsini özüm edirdim və mənə 200 manat qazanc qalırdı. Daha sonra başqa şəxsin əli ilə etməyə başladım. Qazanc daha çox qalmağa başladı. Lakin avtomobili həmin günü qeydiyyatdan keçirə bilmədim və bu barədə Fəridə dedim. Fəridə bildirdim ki, narahat olmasın, həmin avtomobili rəsmiləşdirəcəyimə dair söz vermişəm. Çünki adını çəkmək istəmədiyim şəxs dedi ki, səbrli ol, avtomobili rəsmiləşdirəcəm. 

Lakin həmin şəxs məni aldadaraq avtomobilləri rəsmiləşdirmədi. Mən də Elçin ilə Fəridin pulunu qaytara bilmədim”. 

Rəfail ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxlərə vurduğu ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, qardaşının Qarabağ müharibəsində iştirak edərək şəhid olduğunu və ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edildiyini bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib. 

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəfail 1000 manat cərimə olunub. 

İlk yorumu siz yazın