Murad Arif «youtube”də olan verilişlərlə bağlı qalmaqallı açıqlama verib.
O, ad çəkməsə də bəzi layihələrin izlənmə sayının saxta olduğuna eyham vurub.
«Veriliş çəkirsiniz, hələ onu reklama da qoyursunuz. Baxırsan 230.000, 300.000, 500.000 baxış sayı var altında. Şərhlərin sayı isə 100, 200.Ayıb deyil? Kimi aldadırsınız?Girin «Popumuz var” verilişinə baxın, səmimiyyət öyrənin bir az”.
Qeyd edək ki, Murad Arif iki il aradan sonra «Youtube” layihəsi olan «Popumuz var” verilişini yenidən yayımlamağa başlayıb. Verilişin ilk buraxılışının qonağı reper Orxan Zeynallı (Qara Qan.red) olub.