Murad Arif məktəblərdə tapşırıqların çoxluğundan şikayətləndi

Murad Arif məktəblərdə tapşırıqların çoxluğundan şikayətləndi
Tarix : Oxunma : Yorum Yaz

Son günlər şagirdlərin dərs yükünün çoxluğundan şikayət edənlər arasına müğənni-bəstəkar Murad Arif də qoşulub.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O, ev tapşırıqlarının çox olduğunu və bu səbəbdən şagirdlərin özlərinə asudə vaxt ayıra bilmədiyini vurğulayıb:

«Hörmətli valideynlər, ev tapşırıqlarının əlindən uşağınızın asudə vaxtı qalırmı? Nə bilim idmana, istirahətə… Bizim qaqaş (oğlu Mikayıl — red.) 5-də oxuyur, ikinci növbədə… Həftədə 2 saat ingiliscə, 2 saat piano dərsləri var. Uşağa həftəyə 2 saat vaxt tapa bilmirəm ki, idmana aparım. 1 şənbəmiz var, onu da idmanla doldurum? Vallah, biz də oxumuşuq məktəbdə. Kinolara da baxırdıq, məhlədə də oynayırdıq, idmana, musiqiyə də gedirdik. Hələ çantaların anormal ağırlığı…».

İlk yorumu siz yazın