«Müğənnilərin şeir yazması onlar üçün bir əyləncədir» — Şou-biznesdə yeni həvəs

«Müğənnilərin şeir yazması onlar üçün bir əyləncədir» — Şou-biznesdə yeni həvəs
Tarix : Oxunma : Yorum Yaz

“Onlar da şeir yazırsa, Allah qələmlərinə qüvvət versin».

Bunu Yenisabah.az-a şair-publisist Qəşəm Nəcəfzadə bildirib.

O, şou-biznes nümayədəndələrinin, o cümlədən Əməkdar artist Elza Seyidcahan və Xalq artisti Brilliant Dadaşovanın şeir yazmasına rəyini açıqlayıb:

“Onlar da şeir yazırsa, Allah qələmlərinə qüvvət versin. Hər halda, kitab çap etdirəcəklər, kitabı çap edən adam da ailəsinə, uşağına pul aparacaq. Kitabı bilgisayarda yığan, üzqabığını montaj edən fəhlə də bundan evinə pul aparacaq. Ona görə də, sənətçilərin şeir yazmağı çox əhəmiyyətlidir. Onlar heç kəsə ziyan vermir, qoy nə qədər istəyirlər yazsınlar, kitab çap etdirsinlər.

Ədəbiyyat isə tamam başqa bir şeydir, o da öz axarı ilə gedir. Qoy yazsınlar, tutub əllərindən qələmi almaq olmaz ki…”

Qəşəm Nəcəfzadənin sözlərinə görə, əsl ədəbiyyat tamam fərqli bir şeydir və uşaq yaşlarından öyrənilməyə başlanır:

“Tutaq ki, mənim səsim olsa, mahnı oxusam, onlar gəlib deyəcək ki, niyə oxuyursan? Geniş məkan, geniş zamandır, yazırlar, lakin yenə deyirəm, ədəbiyyat başqa bir şeydir. İnsan körpəlikdən onunla yol yoldaşı olur, ibtidai sinifdən bəri yazır, ta bugünəcən püxtələşir.

Müğənnilər də şeir yazırlar, amma onlar üçün bu əyləncədir. Pullarını ayrı yerə xərcləməkdənsə, elə kitaba verib çap etsələr yaxşıdır, çünki bundan başqaları da qazanır. Buna görə onlara təşəkkür edirəm, yazıb kitab çap etdirsinlər”.

İlk yorumu siz yazın