«İşim 99,9 faiz incəsənətlə bağlıdır. Deməzdim ki, başqa müğənnilərdən nələrləsə fərqlənirəm. Hər bir müğənninin 2 evi, bağı, ola bilsin ki, 2 avtomobili var. Mən də onlardan biriyəm. Xüsusi seçilmirəm. Bir də görürsən, məni yaxından tanıyan adamlar zəng edirlər ki, Ədalət, bəs deyirlər səndə avtosalon var və sair. İnsanlara ləzzət edir bu kimi şayiələri yaymaq. Deyirəm kim görübsə, gedək baxaq həmin obyekti onun adına keçirəcəm. Öyrəşmişəm o söz-söhbətlərə artıq. Müğənnilərin 80 faizinin öz işindən başqa işi yoxdur. Çoxu istədi ki, pandemiyada nəsə etsin amma alınmadı».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov «Üzə-düz» proqramında deyib. Sənətçi haqqında yayılan şayiələrdən danışıb:
“Rəhmətlik atam deyirdi ki, oğul bax, sən tələbə olanda sənin bir qohumun, qonşun, yaxının zəng eliyib məndən maraqlandımı Zakir kişi, sənin oğlun orada necədir? Yox… Amma sən Azərbaycana gələndə və ya Sankt-Peterburqdan Bakıya tələbə tanışına nəsə göndərirsən. Mənə 18 yaşdan heç kim kömək etməyib, nə qohum, nə qardaş, nə valideyn… Tələbə ikən yataqxanada da qalmışam, çətin günlərim olub. Bugünkü günə çatmağımda özümə borcluyam. Heç kim sizə deyə bilməz ki, Ədalətə kömək eləmişik, nəyinsə hesabına bu pilləyə gəlib. Bilirəm imkanlı-imkansız olmaq nədir… Əsas odur o ərəfədə çaşmayasan, pul səni korlamasın. Ədalət Şükürov heç kimə borclu deyil».
Övladlarından danışan Ə.Şükürov «Valideyn olaraq övladlarımıza yol göstərmişik. İmkan daxilində hər şey etmişik ki, övladlarımız ali savadlı olsun. Mənim ata-anamın o imkanı yox idi. Mən özüm hər şeyi elədim. İndiki zəmanədə isə valideynlər hər şey edirlər. Övladlarım üçün təhsil, hər şey etdim. Amma indi onlara deyirəm ki, özünüz qazanırsınız. Mən niyə eləməliyəm?» sözlərini əlavə edib.
Müğənni erkən nikahlardan söz açıb:
«Erkən nikahlar keçmiş zamanlarda normal bir həyat tərzi idi. 14-15 yaşda evlənirdilər. Nənə-babalarımızda da bu belə olub. 15-16 yaşda necə ailə qurub, evi idarə etmək olar? Bu normal bir şey deyil axı. 15 yaşdakı uşağın özünə baxan lazımdır, o nə bilir uşaq nədir? Zaman gələcək uşaq özünə avtomobil də, təyyarə də alacaq. Niyə tələsdirirsiz axı?».
Şükürov «Oğlunuza müğənni qız alarsınız» sualına «Nəinki müğənni, kimi istəsə onu alacam. Mənimlə deyil, onunla həyat sürəcək. Sənətə heç bir dəxli yoxdur. Həkimlər var ki, gecə saat 3-də evə gəlir. Nə olub bizə, müğənnilərə? Bizim ailəmiz də var. Adımız-sanımız, gözəl övladlarımız var. Mən nədən narazı olmalıyam ki?» cavabını verib.