Modeli döyən işdən çıxarıldı

Modeli döyən işdən çıxarıldı
Tarix : Oxunma : Yorum Yaz

«Miss Azərbaycan-2017″nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.

Bu barədə bloqer Aysel Şükür paylaşım edib.

“Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.

Hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İlk yorumu siz yazın