Mina ərindən danışdı: “Deyirdilər ki, “Həci”dir”

Mina ərindən danışdı: “Deyirdilər ki, “Həci”dir”
Tarix : Oxunma : Yorum Yaz

Ailə quraraq sosial şəbəkələrdən və şou biznesdən uzaqlaşan müğənni Mina Hüseyn aylar sonra efirə çıxıb.

Yenisabah.az xəbər verir ki, ifaçı “Səhər Mərkəzi” proqramında qonaq olub.

O, şəxsi həyatı ilə bağlı açıqlama verib:

“Şəxsi həyatım haqda heç nəyi açıqlamadığımdan, insanlar haqqımda müxtəlif şayiələr yaydılar. Biri deyirdi ki, türk vətəndaşıdır, biri deyirdi ki, 50 yaşı var, biri deyirdi ki, “Həci”dir. Həyat yoldaşım azərbaycanlıdır, şuşalıdır. O, iki yaş məndən kiçikdir. Bu hər ikimizin ilk rəsmi nikahı və evliliyimizdir. O da, mən də daha əvvəl evli olmamışıq, subay olmuşuq.

Beş aydır evliyik. Çalışırıq daha çox özümüzə zaman ayıraq. Uşaq haqda isə hələki düşünmürük. Qismət. Bu, alın yazısıdır”.

İlk yorumu siz yazın