“Nar”, 22 iyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 30-dan çox media orqanını təmsil edən jurnalistlər 10 komandada biliklərini yarışdırıblar. İştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. İntellekt yarışında qalibiyyəti “Report” komandası qazanıb, “Azərtac” İA-ni təmsil edən komanda 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
“»Nar» olaraq, Milli mətbuat gününü mətbuatımızın dəyərli nümayəndələri ilə birgə qeyd etməkdən qürur duyuruq. Bu gün böyük həcmdə informasiya ilə üzləşirik, buna görə də cəmiyyətə məlumatın düzgün şəkildə ötürülməsi böyük əzm və məsuliyyət tələb edir. Bu vacib işin öhdəsindən gələn mətbuat nümayəndələrinə «Nar» adından təşəkkür edirəm. Milli mətbuat günümüz mübarək!”, — deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib.
“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/news/
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.