Dekabrın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən «Mediatorların ilkin hazırlıq kursu»nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
AzHuquq.az xəbər verir ki, mərasimdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Çıxış edən Nadir Adilov mediasiya sahəsində bu il ərzində görülən işlərdən, ilin yekununa dair hesabatlardan söz açıb. O bildirib ki, 2023-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyət yönümlü nəticələrə nail olunacaqdır.
Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxış edərək mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, sertifikatvermə zamanı, Mayıl Əhməd, Səadət Ismayılova, Elçin Həsənov və Fərhad Mehdiyev də mediasiya sahəsindəki təşəbbüsləri və səmərəli fəaliyyətlərinə görə diplom ilə təltif olunublar.
Sonda sertifikatlar təqdim edilib və mediatorlarla xatirə şəkilləri çəkilib.