Müğənni Kərim Abbasov həmkarı Nazim Pişiyari ilə barışmaq niyyətinin olmadığını deyib.
Axşam.az xəbər verir ki, «Şou rum» proqramında Nazimin ifasını eşidən Kərim onu bəynmədiyini deyib. O bildirib ki, «Yağış» mahnısını Xalq artisti Eyyub Yaqubov daha yaxşı oxuyub.
«Nazimlə elə küsülü qalmaq lazımdır. Yaxına buraxsam, yenə başlayacaq. Onda da pis olacaq. Yerində qalsın, mənimlə işi olmasın» deyə, Kərim söyləyib.
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqal «Maşın» şouda başlayıb. Yarışmanın ilk günü Kərimi şoudan aşıq Namiq Nazim Pişiyarinin sifarişi ilə uzaqlaşdırmışdı. Kərim daha sonra onun ünvanına «dovşan» sözünü deyib. Onlar aralarındakı mübahisənin 12 ildən çox olduğunu aıqlayıb. qalmaqal isə toy məclisində başlayıb. Kərim deyib ki, məclisdə Nazim mikrofonu ona verməyib.
Nazim isə Kərimdən intiqam aldığını danmayıb və «Şəxsən mən demişəm ki, Kərimi çıxar. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki… İndi intiqam alıram» sözlərini