«Manaf Ağayev üzr videosunun çəkilməsini istəmədi» — DİN rəsmisi

«Manaf Ağayev üzr videosunun çəkilməsini istəmədi» — DİN rəsmisi
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev barəsində 15 sutka həbs qərarı verilib. 

Axşam.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev «BAKU.TV»də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən bildirib. O, vurğulayıb ki, M.Ağayev üzr videosunun çəkilməməsini xahiş edib:

«Manaf Ağayev bildirdi ki, bu, əməlindən peşmandır. Onu məhkəmədə də bildirdi. Video görüntülərin çəkilməsinə və sosial şəbəkələrdə yayılmasına maraqlı olmadı. Dedi ki, mənim səhvimi bütün cəmiyyət görüb. Əlavə çəkiliş aparıb paylaşmamağı xahiş etdi. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevdən hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər. Əgər kimsə bunun çəkilib sosial şəbəkələrdə paylaşılmasına maraqlıdırsa, buna mane ola bilmərik».

Qeyd ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.

İlk yorumu siz yazın