Manaf Ağayev özünə qadağa qoydu

Manaf Ağayev özünə qadağa qoydu
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Manaf Ağayev həbsxanadan çıxandan sonra ilk dəfə efirə çıxıb.

Yenisabah.az xəbər verir ki, müğənni «Zaurla Günaydın» proqramında qonaq olub. Manaf Ağayev verilişlərlə bağlı özünə qadağalar qoyduğunu bildirib:

«Hər şey əladır, yaxşıdır. Böyük çıxmasın, bundan sonra məhdudiyyət qoyacam. Aparırlar adamı başqa şey danışdırıb, başqa şey qoyurlar. Verilişlərə çıxmamışdım, bura gəldim».

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub. İfaçı martın 5-də azadlığa çıxıb. 

İlk yorumu siz yazın