Manaf Ağayev Mustafa Cecelidən danışdı — Mahnımla Türkiyədə toy tutur

Manaf Ağayev Mustafa Cecelidən danışdı — Mahnımla Türkiyədə toy tutur
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Manaf Ağayev Mustafa Cecelinin onun mahnısını oxuması haqda fikirlərini bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə ARB Tv-də yayımlanan «Xəbər ətər» proqramında danışıb.

Qeyd edib ki, onlar bir yerdə toyda olarkan Cecelinin bu mahnıdan xoşu gəlib:

«Biz bu müğənni ilə Şəmkirdə, Şiştəpədə toyda idik. Möhtəşəm bir toy idi, bunu da dəvət etmişdilər. Mən bu mahnını orada oxudum, bunun də ondan xoşu gəldi. Dedi icazə verərsiz, mən bu mahnıya müraciət edim? Dedim, mənim üçün şərəf olar mahnımı siz oxusanız. İcazəsiz necə ürəyin istəsə. Üstündən bir-iki il keçdi, təsadüfən gördüm ki, artıq bu mahnını oxuyub».

Manaf Ağayev deyib ki, bu, 7-8 il öncə olub:

«Əslində bu, 7-8 il qabaq çıxmış bir şeydir. Sadəcə adam var deyir, mən heç demədim ki, Mustafa Ceceli mənim mahnımı oxuyub. İndi son bir həftədə artıq hara gedirsən, görürsən ki, budur, birləşdirib qoyublar. Amma çoxdan oxuyub. Özü də məsələ budur ki, mənim aranjimanımla oxuyub. Ləhçə ilə də oxuyub. İstəyir mən elədiyim kimi eləsin. İndi olar, mən də oxuyanda o nəfəs beyində qalır. Amma mənim aranjimanımımla oxumağı — bu aranjiman o səviyyədə deyil. Çünki bu, çoxdan olub».

Manaf Ağayev aparıcının «Onlar indi bu mahnı ilə toy tutur» fikrinə isə bu cür reaksiya verib:

«Tutur. Onlar bizim mahnıları oxuyanda onlarda alınır. Biz onu qəbul edə bilirik».

İlk yorumu siz yazın