Manaf Ağayev lüks avtomobili ilə televiziyaya gəldi

Manaf Ağayev lüks avtomobili ilə televiziyaya gəldi
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Manaf Ağayev aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə qonaq olub.Yenilik.az xəbər verir ki, sənətçi maşınını geri alıb. Bunla bağlı o, «Tarixin bir günü» verilişində deyib. Sənətçi maşını ilə çəkilişə gəlib və verilişdə həmin görüntülər yayımlanıb.
«Maşın məndədir. Öz oxumağımla maşın almışam. Kimlər üçünsə böyük maşındır. Amma müğənni üçün böyük maşın deyil» deyə, Ağayev bildirib. 
Qeyd edək ki, bu haqda vəkil Adəm Məmmədov sosial şəbəkədə paylaşım etmişdi. Vəkilin sözlərinə görə, azad olunan ərazilərə icazəsiz keçdiyi üçün həbs olunan M.Ağayev cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus «Mercedes» markalı avtomobil cərimə meydançasında saxlanılır. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti açıqlama verərək «Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb» sözlərini bildirib. 
Xatırladaq ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb. Onlar qanunsuz səfərə görə 15 sutka həbs edilib.

İlk yorumu siz yazın