Manaf Ağayev: 30 günün hamısında toyda olurdum

Manaf Ağayev: 30 günün hamısında toyda olurdum
Tarix : Oxunma : Yorum Yaz

«Kim deyirsə «Manaf Ağayev hər gün toyda olur», inanmayın, yalan deyirlər, indi hər gün toy olmur».

Aydınlıq.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev «Rəngarəng səhər» verilişində deyib.

O, əvvəlki toylardan danışaraq köks ötürüb: «May ayı bir az zəiflik, toy az olur. Qabaqlar yaxşı idi, indi o toylar yoxdur. Elə olub 30 gündə 30 toyda olmuşam, 32 toyda olmuşam. Səhər də toy oxumuşam, axşam da. 2000-ci illərin əvvəlində elə idi. Onda oxuyan da az, indi gördüyünüz müğənnilər yox idi».

İlk yorumu siz yazın