«Mal-qaramı oğurlayıb, məni ölümlə hədələdi»

«Mal-qaramı oğurlayıb, məni ölümlə hədələdi»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Kərim Abbasovun Neftçalada tikdirdiyi fermadan oğurluq olub.

Sənətçi bu haqda «İncə səhər» verilişində danışıb.

O bildirib ki, sosial şəbəkədə ondan yardım istəyən bir şəxs üçün iş qurmaq istəyib:

«Bütün günü sosial şəbəkədə yazırlar ki, yardım et. Bu da həmin adamlardan biri idi. Yardım istədi, getdim pul tökdüm həyətində ferma tikdim. İribuynuzlu heyvanlar aldım. Mal-qaranı oğurlayıb satdı. Heyvanları saxlayan adam özüdə ən böyüyünü satdı, rahat da gəzir. Bir günün içində o qədər problem yaratdı ki, bu həyətdən heyvanlar çıxmalıdır. Aparıb dəyər-dəyməzinə satdım. Həyətində o qədər pul töküb yer düzəltdim, hamısı batdı getdi. Pulum qaldı havada. 4 ayın içində başıma açmadığı oyun qalmadı. Neftçala polisinə müraciət etdim. Nə heyvan, nə pulu gəlir. Hətta məni ölümlə hədələdi». (Axşam.az)

İlk yorumu siz yazın