Tanınmış rejissor, aktyor Mahsun Kırmızıgül boşanır.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldasşı Ece Binay Mahsun Kırmızıgüldən boşanmaq üçün məhkəməyə müraciət edib.
İddialara görə, buna səbəb M.Kırmızıgülün xanımına xəyanət etməsi olub. Belə ki, 53 yaşlı sənətçinin gənc qadınla səmimi görüntüləri ortaya çıxıb
Boşanmaq üçün Amerikadan Türkiyəyə uçan Ece Binay sosial şəbəkələrdən də Kırmızıgülü silib.