Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına balta ilə hücum etdi — FOTO

Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına balta ilə hücum etdi — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Türkiyəli müğənni Mahsun Kırmızıgülün qardaşı həyat yoldaşına hücum edib. Sfera.az bildirir ki, ifaçının qardaşı Yusuf Bazencir ilə həyat yoldaşı Seval Bazencir arasında mübahisə yaranıb. Tərəflər boşanmaq qərarına gəliblər. Seval həyat yoldaşına evə gəlməməsini deyib. Lakin Bazencir əlində balta ilə yaşadığı evin qapısını sındıraraq ora girməyə çalışıb. Təşvişə düşən gənc qadın telefonundakı «KADES” proqramı ilə (qadın və uşaqların zorakılığa məruz qalmasının qarşısını almaq üçün yaradılan rəsmi tətbiq) polisi hadisə yerinə çağırıb. Bir neçə dəqiqə sonra mənzilə gələn polis əməkdaşları Yusufun balta ilə qapını sındırmağa çalışdığını görüb və  bu dəfə tərəflər arasında dava düşüb.
Polis tərəfindən nəzarətə alınan Yusuf Bazencir həyat yoldaşı ilə telefonda mübahisə etdiyini, daha sonra ona evə gəlməməyi dediyini bildirib. O, məqsədinin həyat yoldaşına zərər vermək olmadığını söyləyib: «Dərmanımı almaq üçün balta ilə qapını sındırmağa çalışdım”. 
Seval isə çox qorxduğunu, ərinin onu təhqir edib hədələdiyini və bu səbəbdən şikayət etdiyini deyib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Yusuf  Bazencir məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.Qeyd edək ki, cütlük 2017-ci ildə nikah masasına oturub.

İlk yorumu siz yazın