Məşhur prodüser süni mayalanma ilə ana olacaq

Məşhur prodüser süni mayalanma ilə ana olacaq
Tarix : Oxunma : Yorum Yaz

Məşhur prodüser Təranə Səmədova ana olmağa hazırlaşır. 

Hamiləliyinin doqquzuncu ayında olan məşhur artıq övladını qucağına almaq üçün gün sayır.

Aydnlıq.az xəbər verir ki, ikinci dəfə ana olmağın sevincini yaşayan Təranə Səmədova hisslərini Cebhe.info ilə bölüşüb: 

“İnşallah, övladım avqust ayının 5-i dünyaya gələcək. İkinci övladım da qız olacaq, adını da Adel qoyacağam. Övladım tək qalmasın deyə süni mayalanma ilə ana olmağa hazırlaşıram. Əslində bir oğlan, bir qızım olacaqdı, amma təəssüf ki, oğlan qalmadı”. 

Prodüser karyerası ilə bağlı da danışıb:

“Doğumdan sonra qızımın 40-ı çıxana qədər yanında olacağam. Ondan sonra isə dayanmadan işləyəcəyəm. Artıq heç bir müğənni ilə işləməyi düşünmürəm. Vaxt keçdikdən sonra görürəm ki, onlara çəkdiyim əziyyətə dəyməz. Bundan sonra müğənniyə itirdiyim zamanı öz övladıma və ailəmə ayıracağam. Özüm üçün “YouTube” platformasında aparıcı olacağım yeni bir layihə etməyi düşünürəm. Yəqin ki, yeni mövsümdə hansısa kanaldan da proqram və ya serial üçün dəvət alaram”. 

İlk yorumu siz yazın