“Mən kiməm ki, qiymət artımı ilə bağlı nəsə deyim?“

Tarix : Oxunma : Yorum Yaz

Ölkədə əhali ərzaq məhsullarının qiymətinin bir neçə dəfə artmasından şikayətçidir.

Azərbaycan bazarında hiss olunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir. Xüsusilə son günlər ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Cavanşir Məmmədov qiymət artımı ilə bağlı məsələlərə qarışmadığını deyib:

“Mən sənət adamıyam, çalışıram belə suallara cavab verməyim. Dövlətimiz var, mən kiməm ki, durub qiymət artımı ilə bağlı nəsə deyim? Mən sənət adamıyam, bu mövzulara qarışıram. Belə məsləhət görülüb belə də edib, qiymətləri artırıblar. Siz özünüz necə münasibət bəsləyirsiniz? Biz sənət adamıyıq və sənət adamı kimi də dolanırıq…”

İlk yorumu siz yazın