Məzunlara ikili diplomlar təqdim edildi

Məzunlara ikili diplomlar təqdim edildi
Tarix : Oxunma : Yorum Yaz
Qərbi Kaspi Universiteti və İsveçrənin UBİS Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının daha bir neçə məzununa diplomlar təqdim olunub. Tədbirdə çıxış edən universitetin professoru Hüseyn Bağırov, riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Həsənova və Menecment kafedrasının müəllimi Həmid Əliazdə məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzu ediblər.
Tədbirə UBİS Universitetinin nümayəndələri — akademik işlər üzrə prorektor Şanti Konkos, Tələbə qəbulu üzrə koordinator Rafael Salazar onlayn olaraq qoşulub və tələbələrə təbriklərini çatdırıblar.
Qeyd edək ki, məzunlara UBİS-in diplomları bu yaxınlarda Cenevrdə təqdim edilib.












İlk yorumu siz yazın