Əməkdar artist Mətanət İsğəndərli ilə eks gəlini Canana arasında soyuq küləklər əsməkdə davam edir.
Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı rəqqasə Fatimənin ad günündən qovdurması ilə araları daha da gərginləşən Canana Oxu.Az-a müsahibəsində ad gününə təsadüfən gəldiyini və Mətanət İsgəndərlinin həmin məkanda olduğunu bilmədiyini açıqlayıb.
«Aydın Saninin konsertinə gedirdik, jurnalistlər də mənim maşınımda gedir, konserti çəkəcəklər. Onlar dedi ki, «Fatimə xanımın ad günüdür, qoy düşək onu da çəkək, müsahibə götürək». Dedim «a nə yaxşı, ad günüdürsə düşüm mən də təbrik edim». Fatimə xanımı tanıyıram, birlikdə tədbirlərdə olmuşuq. Uşaqlarımın ad günlərində, baldızımın xınasında, harda görmüşəm öpüşüb görüşmüşük, aramız əla olub .
İndi mən Mətanət İsgəndərlinin gəlini olmadım deyə sən mənə bu oyunu edəcəksən?Utanmırsan? Mətanət xanımın orda olduğunu bilmirdim. Onu orda görəndə yenə də düşünürdüm ki bəlkə barışıq oldu. Amma qarşılamanı görəndə…
Canana Mətanət İsgəndərli ilə aralarında olan soyuq münasibətə səbəb olaraq kənardan çox müdaxilə olunduğunu bildirdi:
-Mətanət xanım bir gün belədir, bir gün elə. İnsanlar onu yaxşı tanımır, onun illərlə mən yanında olmuşam , xarakterini bilirəm. Özü nə etdiyini bilmir, onu qıcıqlandıran ətrafındakı insanlardır. Şəxsən onun özünə qalsaydı bu hərəkətlər olmazdı . Ətrafı sağlam deyil. Nişanlı vaxtlarımdan bu hadisələri yaşamışam ,onun ətrafı sağlam insanlar deyil. Bu da onu uçuruma aparır, bilmir ki, ona qalan mən olacam ,onun nəvələrinin anası…
Qeyd edək ki, Canana dəfələrlə barışıq addımı atsa da İsgəndərli onu bağışlamaq istəmədiyini deyib.