Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin boşanmasından danışıb.
Müğənni bu haqda «Axşamın havası» proqramında bəhs edib. O bildirib ki, övladı onun ucbatından əziyyət çəkib:
«İnsanlara inandığıma görə başım çox əziyyət çəkib. Ana övladlarını qorumalıdır. Ürəyimin təmizliyindən balam da əziyyət çəkib. Oğluma deyirəm ki, bizim imtahanımızdır. Allah bizi imtahana çəkir. Allaha yalvar ki, bizi bundan çətin imtahana çəkməsin və bundan üzüağ çıxartsın».
Qeyd edək ki, İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların bu nikahdan olan 3 övladı hazırda atası ilə yaşayır. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.