Məşhurlar uşaq evində böyüyən Səbuhinin yas mərasimində — VİDEO

Məşhurlar uşaq evində böyüyən Səbuhinin yas mərasimində — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Sentyabrın 12-dən 13-nə keçən gecə ermənilərin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan qəhrəmanlarımızdan biri də Səbuhi Əhmədovdur.

BAKU.WS xəbər verir ki, hərbçi yoldaşını qorumaq üçün özünü düşmən gülləsinə sipər edən şəhidimiz ötən gün ikinci fəxri xiyabanda torpağa tapşırılıb. Səbuhi Əhmədovun dəfn mərasiminə adi vətəndaşlarla yanaşı, bəzi məşhurlar da axın ediblər. Onlar arasında müğənnilər Nadir Qafarzadə, Bahar Lətifqızı və tarzən Humay Qədimova yer alıb.

Tanınmışlar bu barədə sosial şəbəkə hesablarında bildiriblər. Tarzən Humay Qədimova insanların başsağlığı vermək üçün şəhidimizn bir zamanlar kirayədə yaşadığı evə gəldiyini bildirib. Sənətçi hər kəsi Səbuhinin qaldığı mənzildə keçiriləcək 3 mərasiminə dəvət edib.

Xatırladaq ki, valideyn himayəsindən məhrum olan şəhidimiz Səbuhi Əhmədov Bakıda SOS uşaq kəndində böyüyüb.

İlk yorumu siz yazın