“Mənim günahım” nümayiş olunacaq

“Mənim günahım” nümayiş olunacaq
Tarix : Oxunma : Yorum Yaz

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş ediləcək.

Axşam.az xəbər verir ki, ikihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan səhnə əsərində əsas rolları Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov canlandırır.

Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim edilib. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

İlk yorumu siz yazın