Müğənni Lətifə Söyuöz həmkarlarının onu təkrarlamasından şikayətlənib.
Axşam.az xəbər verir ki, instaqramda paylaşdığı hekayələrlə diqqət çəkən ifaçı bu dəfə sənətçilərə səslənib. O bildirib ki, bir çoxları onun kimi videolar çəkib paylaşaraq, onu təkrarlayırlar:
«Sözüm sənətçilərədir: Hamı kimdən görüb götürür? Əlbəttə, Lətifədən. Dünya görüb-götürməkdən ibarətdir. Gözəl götürün, olduğu kimi təkrarlamayın. Bir az özünüzdən də nələrsə qatın».