Müğənni Hadisə və Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın yazışmalarının məhkəmə sənədində yer aldığı iddia olunub.
Sənətçi eks-sevgilisinə vatsap vastisəilə “səninlə yaşadıqlarıma görə peşman deyiləm. Kaanı (pop-ulduzun ovaxtkı sevgilisi Kaan Yıldırım-red.) rahatlatmaq üçün etdim. Şübhə altında qaldım, məcbur idim. Mənə lütfən hücum etmə. Foto da var”, — sözlərini yazıb.
İddiaya görə həmin fotoda Rza və Hadisə ABŞ-da əl-ələ görüntülənib.
Zərrab isə ona “məni də bitirdin, özünü də”, — deyə cavab verib.
Qeyd edək ki, Rzanın Ebru Gündeşlə 11 illik evliliyinin Hadisəyə görə bitdiyi deyilir. Hadisə isə bunu inkar edir.\\Qafqazinfo