“Mən necə sübut edim?! Axı videoya çəkməmişəm…“ — Vasif əsəbləşdi

Tarix : Oxunma : Yorum Yaz

Müğənni Xatirə İslam bir neçə gün öncə qazi ailələri üçün Yeni il hədiyyəsi alması sosial şəbəkədə fərqli rəylər doğurub.Bu görüntünü İnstaqram səhifəsində yayımlayan sənətçi digər həmkarlarından onun ənənəsini davam etdirmələrini istəyib. Lakin sosial şəbəkə izləyiciləri bu paylaşımına görə Xatirənin yıxıb-sürüyüblər.
Yeri gəlmkən, daha sonra «challenge»i əməkdar artistlər Vasif Məhərrəmli və Könül Kərimoyava ötürərək ənənəni davam etdirmələrini istəyən ifaçıya yazılan tənqidi şərhlər günlərdir bitmək bilmir.
Mövzu ilə bağlıƏməkdar artist Vasif Məhərrəmli həmkarından sonra yardım kampaniyasını həyata keçirdiyini deyib:
“Xatirə İslamdan sonra mən də yardım etdim, amma bunu videoya çəkmədim. Niyə müğənniləri bu mövzuda hər dəfə tənqid edirlər, — anlamıram. Edirsən, vay-şivən, etmirsən, vay-şivən. Çəkib paylaşırsan, deyirlər: “Özünü göstərir”, çəkməyəndə də deyirlər: “Niyə yardım etmir?” Yaxşı, bəs nə edək? Paylaşırsan, yazırlar: “Sağ əlin verdiyini sol əl bilməməlidir”, “Niyə reklam edirlər?” 
İndi desəm ki, yardım etmişəm, inanacaqlarmı? Bəziləri deyəcək, etmisənsə, sübut elə. Mən necə sübut edim?! Axı videoya çəkməmişəm. Paylaşanda, deyirlər: “Paylaşma, Allah yolunda edirsən, niyə göstərirsən?” Elə bu dəqiqə əlimdə yardım qutuları var, evimdəyəm, yardımlar hazırlayıram ki, göndərim”.

İlk yorumu siz yazın