Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəni yenidən tərk etdiyinə görə onu tənqid edənlərə cavab verib.
İfaçı sosial media hesabında bununla bağlı paylaşım edib.
«Aman Tanrım! Necə xoşbəxtlikdir, mənə o insanlar nifrət edir ki, onlara həmişə dözə bilməmişəm. Məni bəyənsəydilər, bu, o demək olardı ki, mən boşuna oxuyub, yaşamışam. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar. Onlar mülkədar idilər, qul oldular”.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının «xarici agent» elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib.