“Uşaqlıqdan özümü musiqidə kəşf etdim, məhz onda yaşamağımın, faydalı olmağımın, kim olmağımın, necə olmağımın mənasını, sirrini açdım, dərk etdim. Bu gün rahatlıqla “Mən xoşbəxtəm” deyə bilirəm”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva feysbuk hesabında paylaşıb.
Sənətçi fikirlərinə belə davam edib:“Səsim, yazdığım mahnılarım içimdən gələn, dünyaya çatdırmaq istədiyim mesajların ən gözəl vasitəsi oldular. Bir məqama qəti əminəm, mahnılarım insanları yalnız yaxşılığa, xoşbəxt olmağa çağırıb həmişə. Hamınıza minnətdaram”.