Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal daha da alovlanıb.
Axşam.az xəbər verir ki, Nazilənin məhkəmə ilə hədələməsinə qarşı tərəf cavab verib. Fatimə instaqramda canlı yayıma girərək üz istəməyəcəyini deyib.
«Səndən həyatımın sonuna kimi üzr istəməyəcəm» deyən Fətəliyeva söhbətin məhkəmədə davam edəcəyini vurğulayıb. Sənətçi əlavə edib ki, əgər Nazilə dediyi sözlərdə onu nəzərdə tutmayıbsa, çıxsın etiraf etsin kimi deyirdi:
«Başqa rəqqasədirsə onun adını çəkməyə cürətin varsa, de. De ki, sənin böyüyünə, rəhmətlik atana, nəslimə toxunulmayıbsa, deyim, Nazilə səhvəm. Onun dediyi klinikadan söhbət gedirsə, həmin rəqqasə mənəm. İki il əvvəl dəvət ediblər və reklam etmişəm. Qarşılığında mənə gözəl qulluqlar ediblər. Beş aydır əlaqəm kəsilib onlarla, amma onlarla bir neçə tanınmışı tanış etmişəm. Bu yaxınlarda ora zəng edib müraciət etdim ki, yanınıza gəlim. Cavab verdilər ki, dəyişiklik var, hər şey ödənişlidir. Mənə bu söz toxundu… Zəng vurdum, dedilər reklamla işləmirəm, ödənişdir. Amma sonra gördüm reklam edən olub. Mən elə insan deyiləm ki, kobudluq edim.
Nazilə, deyirsən əsgər anasıyam. Allah əsgərlərə, qazilərə can sağlığı versin, şəhidlərə rəhmət eləsin. Biz qanunları da, yerini də bilən adamıq. Mənim Hüseyn balam da gələcəyin əsgəridir. Bəs, sən sözü deyəndə, fikirləşmirsən ailəsi, böyüyü var? Mənim rəhmətlik atama toxunursan? Sənə deyiləndə məhkəmə ilə hədələyirsən? Sən başlamısan mənim ailəmə toxunmağa. Məhkəmədə görüşəndə oturaq danışaq… Deyirsən ərəb rəqsi gözəldi… Sən gəlib mənim mağazamdan geyimi götürmüsən, orada hər ölçüdə geyim olub. Onda satmamışam, pul da almamışam. Gözümün şahidi olmadığımı danışmaram. Sən isə görmədiyini, eşitdiyini haqqımdan danışıb, ailəmə toxunursan. Bəsdir…».
Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı «Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla» sözlər səbəb olub.
Bundan sonra Fatimə canlı yayım açaraq şairənin ünvanına iddialar səsləndirib.
Nazilə isə ona «Ya üzr istə, ya məhkəməyə verəcəm» cavabını deyib.