Müğənni Sevda Əliqızı gənc ifaçıları tənqid edib.
Axşam.az xəbər verir ki, «ATV səhər» proqramında qonaq olan ifaçı gənclərin böyük sənətkarlara hörmət qoymadığını söyləyib:
«Bizim dövrümüzdə ədəb-ərkan çox idi. İndi bu yığışılıb. Adam efirdə hər şeyi danışmaq istəmir. İndiki gənclərdə mədəniyyət yoxdur. Böyüklərə qarşı hörmətsizlik edirlər, hörmətlə yanaşmırlar. Özümdən 2 yaş belə böyük sənətçi olsa, qarşısına gedib salamlaşaram. Bəzi gənc ifaçılara aid edirəm. İki dəfə efriə çıxmaqla özünü ulduz bilir. Elə bil heç kimi saymamalı, «salam» verməməlidirlər, hamı bunların ayağına gəlməlidir. Elə şeylər çox rastıma gəlir. Baxıram sənətkar oturub, gənc müğənni gəlir yanından keçir. Pis şeydir, xoşuma gəlmir».