«Mədəniyyət sahəsindəki məmurun sənət yox, TikTok-dan xəbəri var»

«Mədəniyyət sahəsindəki məmurun sənət yox, TikTok-dan xəbəri var»
Tarix : Oxunma : Yorum Yaz

«Bəzən elə insanlar var ki, dövlət tərəfindən təyin ediliblər ki, mədəniyyətə xidmət etsinlər. İstəyirəm onlar məni görəndə desinlər ki, Elza, bu il öz zəhmətinlə dörd konsert verdin. Amma onlar məni görəndə deyirlər ki, filan şeyi başınıza niyə qoymuşdunuz? Utanıram onlar bu sözü deyəndə. İstəyirəm deyim ki, şou-biznesdə deyəsən məndən çox sizsiniz».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan «Tarixin bir günü» verilişində deyib. Müğənni mədəniyyət sahəsində çalışan bir çox insanın sənət adamlarının yaradıcılığından xəbərsiz olduğunu deyib:

«Siz mənim sənətimdən danışmalısınız. Sizi bu vəzifəyə niyə qoyublar? Siz bilməlisiniz ki, Elza Seyidcahan ayağını hara qoyub. Sənətdən xəbəri yoxdur, TikTok-da olan hər şeyi əzbər bilir. Deyir, onu ora qoydun, bunu bura. Utanıram ki, hara gəlmişəm. Ona deyirəm ki, Nəsimi ilinə həsr edilən konsert verdim. Baxır ki, nə vaxt? Bəs, bunu sən bilməsən, kim biləcək? Ulu öndərin 100 iliyinə həsr edilən konsertlər verdim, sənətkarlar gəldi. Mədəniyyətə, incəsənətə xidmət edən məmurların bundan xəbəri yoxdur. Amma «Tikim sizin ağzınızı» şeirini deyib, gülürlər. Siz dövlətə, yoxsa həşəratlara xidmət edirsiniz?». 

İlk yorumu siz yazın