«Görürsünüz dünya nə vəziyyətdədir? Ukraynadakı görüntülərə baxdıqca ağlayıram. Oranın elə bir şəhəri, vilayəti, qəsəbəsi olmadı gəzməyim».
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı «Səni axtarıram» proqramında deyib. O, Ukraynadakı vəziyyətlə bağlı danışıb:
«Xarkovu, Lvovu görəndə ağladım. Ən sevdiyim şəhərlər idi. Orada 4 axtarışım yekunlaşmışdı. Lvovda gələn aya çəkilişim planlaşdırılmışdı. Orada nə qədər dostlarım var idi: iş adamları, imkanlı insanlar. Hanı o evlər, pullar, mağazalar, mallar, restoranlar?».