Lavrovdan Putinin səhhəti ilə bağlı açıqlama: «Təhlükənin nə olduğunu başa düşəcəksiniz…»

Lavrovdan Putinin səhhəti ilə bağlı açıqlama: «Təhlükənin nə olduğunu başa düşəcəksiniz…»
Tarix : Oxunma : Yorum Yaz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz», — deyə Lavrov bildirib.

Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.

APA

İlk yorumu siz yazın