Aparıcı Kazım Sübhanın MTV ilə bağlı paylaşımı diqqət çəkib.
Axşam.az xəbər verir ki, o, aparıcı Mikayıl Güləddinoğlunun «Axşamdan axşama» proqramından foto yayımlayaraq, studiyadakı lampanın ona məxsus olduğunu vurğulayıb.
«MTV-də işləyəndə evdən “naçnik” gətirmişdim, xahiş edirəm, geri qaytarın» deyə, Kazım vurğulayıb.
Qeyd edək ki, Kazım sözügedən kanalda «MTV özəl» layihəsinə aparıcılıq edirdi.