Əməkdar artist Lalə Məmmədova görünüşündə etdirdiyi dəyişikliklərlə izləyicilərini təəccübləndirməyə davam edir.
Axşam.az xəbər verir ki, son günlər müğənni fərqli saç düzümləri ilə obyektiv qarşısına keçir. Budəfəki fotolarında isə Lalənin xeyli çəki atması müzakirələrə səbəb olub.
Qara sinə dekolteli və uzun libasla fotolar çəkdirən ifaçının incə bədən quruluşu diqqət çəkib.
Sosial şəbəkədə qısa bir zamanda paylaşılan fotolara izləyicilər suallar yazıb. Bir çoxları L.Məmmədovanın bədənşəkilləndirmə əməliyyatı etdirdiyini deyib. Sənətçi isə bu sualları cavabsız qoyub.
Qeyd edək ki, müğənni bir müddət əvvəl burun əməliyyatı etdirib. Bu günlərdə isə L.Məmmədova açıqlamasında «Plastik əməliyyatlarımın sayını itirmişəm» sözünü demişdi.