Lalə Məmmədova ona təklif edilən məbləği bəyənmədi

Lalə Məmmədova ona təklif edilən məbləği bəyənmədi
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Lalə Məmmədova Türkiyədən aldığı konsert təklifindən imtina edib. 

Axşam.az xəbər verir ki, bu haqda stilist Elnur Həsənov «Deməsəm olmaz» proqramında deyib. O bildirib ki, buna səbəb çox az qonorar təklif edilməsi olub:

«Çox cüzi qonorar idi: 1000-1500 manat arası idi. Hər şeyi qarşılayırdılar, amma qonorar az idi. İstəyərdim ki, biz Zeynəb Bastıqa, İrəm Dəriciyə, Gökhan Tepeyə30-40 min qonorar ödəyiriksə, bizim də sənət adamlarına onu versinlər. Hətta Sibel Cana yüz minlərlə qonorar verilir. Biz qonorarımızı dedik və onlar razılaşmadı. Bizim sənət adamları yüksək məbləğ istəməlidir. Özünü istəyən insan onların dediyi məbləğlə razılaşmır».

Elnur əlavə edib ki, konsertlərdən biri İzmirdə olmalı imiş.

İlk yorumu siz yazın