Lalə Məmmədova EŞQ YAŞAYIR? — FOTO

Lalə Məmmədova EŞQ YAŞAYIR? — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Lalə Məmmədova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Big.az bildirir ki, sənətçi sosial şəbəkə hesabında avtomobilində ona hədiyyə edilən gül çələnginin fotosunu yayımlayıb.

Diqqət çəkən məqam isə Lalənin paylaşdığı şəkilə, «Eşqmi?» qısa şərhini yazması olub.

Bundan başqa, Əməkdar artistin nahar zamanı çəkərək sosial şəbəkədə, «Eşqmi dediniz, eşitmədim…?» başlığı altında yayımladığı şəkil də izləyicilər tərəfindən müzakirəyə səbəb olub. 

Onlar müğənninin eşq yaşadığını və günü-gündən daha da gözəlləşdiyini yazıblar. Müğənni isə yazılan rəylərə heç bir reaksiya verməyib. 

Xatırladaq ki, bir müddət əvvəl L.Məmmədova «Şourum» maqazin verilişinə müsahibəsində, «Şəxsi həyatımda günəş doğur. İşıqlarını belə hiss edirəm. Mənim içimdə duyğular var.

Səbəbi olan insan da var. Amma sirdir. Hələ gözəl mərhələlər keçirəm. Bizdə tanınma mərhələsidir. Yola saldığım ildə 43 yaşım var idi. O yaşı sevdim, gözüm həyata başqa cür açıldı» açqlaması ilə eşq yaşadığını dilə gətirmişdi.

Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarovla 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var.

İlk yorumu siz yazın