Lalə Məmmədova: “Ən zəif yerim musiqi olub“ — VİDEO

Lalə Məmmədova: “Ən zəif yerim musiqi olub“ — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

«Nə gözəl ki, həyatım boşa getməyib. Baxıram 10 il əvvəl gördüyüm işlərə. İçimdə minnərdarlıq var o işləri mənimlə görən, zəhmət çəkən insanlara. Tək bu işlərin öhdəsindən gələ bilməzdim».

Bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu «Günün sədası» səhər şousunda deyib.  

Müğənni ona inanan və şans verən insanlara minnətdar olduğunu bildirib:  

«Elə mahnılar var ki, deyirəm, bunu başqa ifaçı da oxuya bilərdi. Amma nə gözəl ki, ifa etmişəm. Bu, paxıllıq deyil».  

Sənət yolundan söz açan estrada ulduzu qazancını mal-mülkə deyil, sənətinə xərclədiyini bildirib.  

«Bütün həyatım boyu ən zəif yerim musiqi olub. Qazandığım pullarla villa tikməmişəm, şəhərin bir neçə yerində evim yoxdur, bahalı maşın sürmürəm. Studiyalarda qoyduğum pullara şəhərdə bir neçə ev alardım».  

Qeyd edək ki, Lalə Məmmədova keçmiş əri İlham Qafarovla 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var.  

İlk yorumu siz yazın