Lətifəni aldatmaq istədilər

Lətifəni aldatmaq istədilər
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Lətifə Soyuöz getdiyi məkanda onu aldatmaqlarından gileylənib. 

Axşam.az xəbər verir ki, sənətçi geyiminə baxıb məhsulun qiyməti artıran sahibkarlara səslənib. O bildirib ki, getdiyi məkanda qiymətlə bağlı onu aldatmaq istəyiblər::

«İnsanları aldatmağı sevmirəm. Aldanmağı da sevmirəm. Heç kimi də aldatmadım. «ByLati»nin (Şəxsi saç baxım brendi — red.) müştərilərini də aldatmadım. İşimə və insanlara olan sayqım üçün çalışdım yaxşısını edim. İş sahibi olan insanlar qarşılarındakını aldadırlar. Gedirsiz bir məkana — mağaza, kurs, övladınızı apardığınız yerdə üstünüzdə olanlara baxırlar, yaşayış tərzinizə uyğun qiymət deyirlər. Bu, nə dərəcədə doğrudur? Mənim markamı alanlar üçün qiymət təkdir. İşinizə hörmətiniz olsun. Bu, ilk özünüzə, sonra müştəriyə olan hörmətdir».

İlk yorumu siz yazın