Lətifə ispan ifaçını məhkəməyə verəcək

Lətifə ispan ifaçını məhkəməyə verəcək
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuözün məşhur «Ave Maria» mahnısının ideyası İspaniyada oğurlanıb.

Axşam.az xəbər verir ki, sənətçi sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Bu haqda Lətifə «Səhərin səsi» proqramında danışıb. O bildirib ki, 2007-ci ildə Azanla sintez etdiyi və klip çəkdirdiyi «Ave Maria» üçün bu addımı atacaq:

«Dünyada ilk dəfə «Ave Mariya» və Azanı birləşdirib oxudum. Tolerant ölkəyik, dinimiz bütün dinlərə sayqı göstərir. klip də çəkdik. İspaniyanın böyük şirkətinin rəhbəri də gəlmişdi, mahnını eşidəndə göz yaşı tökdü. Amma 2013-2014-cü ildə İspaniya, İtaliya və dünyanın bir çox yerində təkrarlanmağa başladı. Hamı da alqışladı ki, necə tolerant bir hərəkətdir. İndi müəllif hüquqlarımı qorumağa hazırlaşıram. Hələ gec deyil, bunla bağlı işlər görəcəm. Sübut edəcəm ki, bu, ilk dəfə Azərbaycanda edilib».

Qeyd edək ki, sözügedən mahnını İspaniyada Tania Kassis adlı sənətçi oxuyub. 

İlk yorumu siz yazın