Kübra Əliyeva torpaq sahəsi istəyir

Kübra Əliyeva torpaq sahəsi istəyir
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Kübra Əliyeva Pirallahı adasında ona torpaq sahəsinin hədiyyə edilməsini istəyib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa “Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, orada ev tikmək istəyir:

“42 ildir ki, bu sənətdəyəm. Bu gün də sakit dayanmıram, az da olsa xalqıma xidmət edirəm. Əgər hədiyyə versələr, sevinərdim. Duallarım onlarla olar”.

Qeyd edək ki, K.Əliyevanın Bodrumda da evi var. 

İlk yorumu siz yazın