Könül Xasıyeva üçün 254 min yığıldı: Xanəndə haradadır?

Könül Xasıyeva üçün 254 min yığıldı: Xanəndə haradadır?
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Könül Xasıyeva müalicəsi üçün Almaniyaya getməsi ilə bağlı sualları cavabsız qoyub.

Son günlər jurnalistlərə açıqlama verməkdən imtina edən xanəndə bu məsələnin işıqlandırılmasını istəməyib. 

Mövzu ilə bağlı Yenisabah.az K.Xasıyevaya yardım edən sənət dostu Əməkdar artist Yusif Mustafayevlə əlaqə saxlayıb.

Y.Mustafayev qeyd edib ki, həmkarına maddi yardım etsə də, hazırda vəziyyəti ilə bağlı heç bir məlumatı yoxdur:

“Açığı, Könül Xasıyevadan hazırda xəbərim yoxdur. Mən ona bir sənət yoldaşı kimi bacardığım yardımı etdim, amma indi haradadır bilmirəm. Mənim öz xarakterim var, görürəm ki, hansısa dostum, sənət yoldaşım dardadır, gedib ona bacardığım yardımı edirəm. Yardımımı etdikdən sonra çəkilib kənarda dayanıram, onun işinə müdaxilə etmirəm ki, hardasan, pulu neylədin filan. Mən öz yaxşılığımı edirəm. Mənim öz işlərim onsuz da çoxdur, elə də vaxtım yoxdur ki, maraqlanım. Heç müalicəsinin harada aparılacağını belə bilmirəm”. 

Qeyd edək ki, K.Xasıyeva boğazında şiş aşkarlandığını və müalicə üçün 254 min manata ehtiyacı olduğunu açıqlamışdı. Müalicəsi üçün Almaniyaya getməli olduğunu deyən muğam ifaçısı hər gün sosial şəbəkədə paylaşımlar edərək, mediaya açıqlama verərək, sənət adamlarından, sevənlərindən yardım istəyirdi. Daha sonra isə Xasıyeva bir çox tanışının ona lazım olan 254 min manatı göndərdiyini deyib. 

İlk yorumu siz yazın