«Location» klubunda baş verən partlayışda yaralanan model Merlinə (Təranə Rzayeva) ağır itki üz verib.
Lent.az xəbər verir ki, modelin atası Azad kişi uzun sürən xərçəng xəstəlikdən sonra 60 yaşında vəfat edib: «Mənim üçün çox ağır gündür. Dünyam qaraldı. Atamı itirdim».
Qeyd edək ki, Merlin Lent.az-a müsahibəsində atasının xəstə olması barədə danışmışdı: «Partlayış baş verəndən sonra ayılanda şükür etdim ki, sağ qalmışam. Çünki atam xərçəng xəstəsidir. Mənim ölüm xəbərimi eşidib, ölə bilərdi. Müalicə olunur. Ümid Allahadır».