“Kişim əlimə baxmayacaq, hesabı ödəyəcək” — Məşhur müğənni

“Kişim əlimə baxmayacaq, hesabı ödəyəcək” — Məşhur müğənni
Tarix : Oxunma : Yorum Yaz

Dəyişiklikləri ilə tez-tez gündəmə gələn müğənni Ceylan şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir zamanlar İbrahim Tatlısesin gəlini kimi şöhrətlənən müğənni kişilərlə münasibətindən danışıb.

“Hər kəs özünə tay adamla birlikdə olmalıdır. Mənim kişim olan yerdə mən əlimi cibimə salmalı deyiləm, mənim kişim mənim əlimə baxmayacaq”, — müğənni bildirib.

Müğənni məzəli bir açıqlama da verib. Plastik əməliyyatlardan sonra üzü tanınmaz hala düşən Ceylan bildirib: “O qədər üzümü dəyişdirdim ki, hətta telefonum da məni tanımır. Üzümdə estetik var, amma ombamda yoxdur. Sadəcə, bir az kökəldiyimə görə hər kəs o nahiyəmə dolqu etdirdiyimi düşünür”, — o qeyd edib.

49 yaşlı müğənni hazırda tək olduğunu, həyatına heç kəsi asanlıqla almadığını, aldıqdan sonra da asanlıqla buraxmadığını söyləyib.

İlk yorumu siz yazın