Türkiyəli müğənni Hande Yener Etilər səmtində avtomobilində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi müxbirlərin «dodağınızın üzəri göyərib» sözlərinə belə cavab verib:
«Prosedur olunub, ona görə göyərib. Texnologiya var istifadə etməyək? Telefon kimi bir şeydir. Gənc vaxtından yararlanmaq lazımdır. Mən hər zaman baxımını edirəm. Qadını əvvəllər alış-veriş, indi isə botoks və bənzəri prosedurlar xoşbəxt edir. Kişiləri unutduran ən gözəl şey budur bizim üçün».
Qeyd edək ki, sənətçinin idarə etdiyi avtomobilin 3 milyon 200 min lirə dəyərində olduğun məlum olub.