«15-20 il əvvəl, 2000-ci illərə qədər evdə sözü kişi deyirdi. Kişi deyirdi, filan müğənni dostumdur, ona zəng edəcəm, toya gəlsin. İndi bu işi arvadlar, gəlinlər edir. Mənimlə toy danışmağa gələndə kişi qalıb kənarda qadınlar az qalır məni döysün. Kişi də deyir, nə istəyir etsinlər. Çox şeyə bəy-gəlin qərar verir. Toyları aparan bilmirsən aparıcıdı, bəstəkardır, müğənnidir».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari «Sözbaz» proqramında deyib. Sənətçi şou-biznesin hazırki durumdan şikayət edib. O bildirib ki, artıq heç bir maraq qalmayıb:
«Şou aləmində durğunluq baş verir. Sanballı qalmaqallar bitdi, yoxdur. Çox insanlar kənara çəkildi. Allah rəhmət etsin, İlhamə Quliyeva getdi və qalmaqalları da özü ilə apardı».
Nazim əlavə edib ki, əməliyyat olunandan sonra çox dostunu həyatından sildiyini açıqlayıb:
«Çılğınlığım getdi, qızımı köçürtdüm, nəvəm dünyaya gəldi. Baba oldum. Əməliyyatdan sonra toy behi verənlər gəldi ki, «Qorxuruq, sizin halınız dəyişər. istəmirik məclisdə qanqaraçılıq yaşayaq. başqa müğənni tapdıq. Beh də qalsın». Çox insanlar həyatımdan getdi. Artıq müdrik olmuşam».