«Kinder Surprise» yumurtalarında bakteriya aşkarlandı — Azərbaycan bazarından yığışdırılacaqmı? — AÇIQLAMA

«Kinder Surprise» yumurtalarında bakteriya aşkarlandı — Azərbaycan bazarından yığışdırılacaqmı? — AÇIQLAMA
Tarix : Oxunma : Yorum Yaz

«Təhlükəli məhsullar anlayışı aşkar edilən təhlükə partiyaları əhatə etdiyində özünü doğruldur. Əgər «Kinder surprise» məhsullarının iki partiyasında təhlükə aşkarlanıbsa, təbii ki, bazardan yığışdırılmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda malların geri çağırılması mexanizmi yoxdur. Misal üçün, Sinqapurda məhsul alınaraq, hətta evə aparıldığı halda belə, evdən də geri çağırıla bilir».

Bunu Pravda.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eksper bildirib ki, ölkədə təhlükə aşkarlanan mallar yalnız dükanlardan geri çağırıla bilər: «Hər kəs bank kartı vasitəsilə ödəniş etmədiyi üçün hansı malı kimin aldığını müəyyən etmək olmur. Satışa buraxılıb, lakin geri çağırılan mallar arasında olmayan məhsullar, deməli, istehlak edilib. Sadəcə olaraq, sual yaranır ki, əgər məhsullarda bakteriya var idisə, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) niyə onları ölkəyə buraxırdı? Bu, AQTA-nın pis fəaliyyət göstərməsinin nəticəsidir».

E.Hüseynov qeyd edib ki, yalnız bakteriya aşkar edilən partiyalara məxsus məhsulların bazardan yığışdırılması kifayətdir: «İstənilən halda isə, araşdırma aparılmalı və digər partiyalara aid məhsullarda da təhlükə olub-olmadığı təsdiq edilməlidir».

Qeyd: Məşhur şokolad şirkəti «Ferrero” «Kinder Surprise» yumurtalarını yığışdırmaq qərarına gəlib. Buna səbəb həmin şokoladlarda «salmonella” bakteriyasının aşkarlanması olub. Bakteriya aşkarlanan məhsullar son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixləri arasında olan 2 partiyanı əhatə edib. 

İlk yorumu siz yazın